Modern.az

Türkiyənin zəlzələ bölgəsində vəziyyət ağırlaşıb, ölənlərin sayı artır

Türkiyənin zəlzələ bölgəsində vəziyyət ağırlaşıb, ölənlərin sayı artır

26 Oktyabr 2011, 11:08

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 459 nəfərə çatıb. 1352 nəfərin isə yaralandığı bildirilir. Modern.az saytının “CNNtürk”ə istinadən verdiyi xəbərə görə, ərazidə vəziyyət getdikcə ağırlaşır.

Van Valiliyinə təcili ehtiyacları qarşılamaq üçün Türkiyə pulu ilə 3 milyon lirə göndərilib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə başlayan yardım kampaniyasına ilk gün 1 milyon 100 min lirə nağd pulun toplandığı bildirilir.

Hazırda əraziyə 3651 xilasedici, 836 tibb işcisi, 16 it, 593 nəqliyyat vasitəsi, 7 hava ambulansı olmaqla, ümumilikdə 140 ambulans cəlb olunub. Vanda zəlzələ qurbanları üçün 14 min 387 çadır, 60 yığma ev, 49 min 433 odedyal, 1120 qida paketi, 36 səyyar mətbəx quraşdırılıb.

Türkiyənin Van vilayətində Azərbaycanın 150 nəfərdən ibarət xilasedici heyəti də axtarış tətbirlərini davam etdirir. Dağıntılar altında qalan daha 2 cəsədi  Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri çıxarıblar.
Beləliklə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilib və 36 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb  və aidiyyəti üzrə təhvil verilib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama