Modern.az

Deputatlar Əhməd Vəliyevlə Musa Quliyev Qazaxıstana gedib

Deputatlar Əhməd Vəliyevlə Musa Quliyev Qazaxıstana gedib

26 Oktyabr 2011, 11:46

Milli Məclisin deputatları bu gün Qazaxıstanın paytaxtı Astanaya səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, millət vəkilləri Əhməd Vəliyev və Musa Quliyev “Davamlı inkişaf: ənənələr və müasir təcrübə” mövzusunda keçiriləcək beynəlxalq seminarda iştirak etmək üçün səfərdə olacaqlar.

Tədbirdə insan hüquq və azadlıqlarının təmin olunması, adət və ənənələrin qorunması, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın artırılması məsələləri müzakirə olunacaq.

Deputatlar ölkəmizdə bu sahədə mövcud durum, görülmüş işlər barədə məlumat verəcəklər.

Səfər oktyabrın 29-da başa çatacaq.

 Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama