Liviyanın devrilmiş lideri Müəmmər Qəddafini yaralı olaraq tutan üsyançı əsgər mükafatlandırılıb. Modern.az saytının xarici mətybuata istinadən verdiyi xəbərə görə, əsgər Qəddafini tutduğu vaxt onunla ilk dialoqu barədə də məlumat verib.
Misrat şəhərində bir televiziyaya açıqlamasında həmin əsgər Qəddafini necə tutduğundan danışaraq bildirib ki, onu tunelin çıxış hissəsində yaxalaşıb.
Qəddafi tyaxalanan zaman əlində silah varmış, diktator həmin anda “Mən Qəddafi deyiləm” söyləyib. Bu sözlərdən sonra əsgər Qəddafinin saçlarından tutub və üsyançılara təhvil verib.
Ramazan Cibril adlı əsgərə mükafat olaraq cib telefonu verilib.
Modern.az