Modern.az

ABŞ-da silahlı insident: 8 ölü - VİDEO

ABŞ-da silahlı insident: 8 ölü - VİDEO

27 Oktyabr 2018, 19:58

ABŞ-da növbəti dəfə silahlı insident olub. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Pensilvaniya ştatının Pittsburq şəhərində qeydə alınıb. Belə ki, şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.

 

Silahlı insident nəticəsində üçü polis əməkdaşı olmaqla ən azı 8 nəfər həyatını itirib. Yaralıların sayı məlum deyil.

 

Yerli KDKA telekanalının məlumatına görə, polis silahlı insidentin baş verdiyini təsdiq edib. Hadisə yerinə gələn polis dəstələri atəşə tutulub və onlar maşınların arxasında gizlənməli olublar.

 

Məlumata görə, insanlara atəş açan şəxs artıq saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil