"British Airways" şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb. Bu səbəbdən yaxın 15-20 dəqiqə ərzində təyyarə H.Əliyev adına Beynəlxalq Hava Limanında qəza enişi edəcək. Məumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hazırlıq vəziyyətinə gətirilib.
***
Bir qədər əvvəl təyyarə qəza enişi edib. Qəza enişi zamanı hər hansı təhlükə qeydə alınmayıb.
Modern.az