Modern.az

Gürcüstanda ilk qadın prezident: Salome Zurabişvili liderdir - YENİLƏNİB

Gürcüstanda ilk qadın prezident: Salome Zurabişvili liderdir - YENİLƏNİB

Dünya

28 Oktyabr 2018, 22:00

Gürcüstanda prezident seçkiləri ilə bağlı səslərin sayılması davam edir. Modern.az xəbər verir ki, Seçkilərin ilkin nəticəsinə görə, seçicilərin daha çox səsini alan müstəqil namizəd Salome Zurabişvilidir.

“Exit-pol”un nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 52,3 faiz səsini toplayıb. İkinci yerdə 28,1 faiz səslə Qriqol Vaşadze, üçüncü yerdə isə 9,2 faiz səslə David Bakradzedir.

Qeyd edək ki, Salome Zurabişvili prezident seçilərsə, Cənbi Qafqazda ilk xanım dövlət başçısı olacaq.

 

20:14

 

Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Modern.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

 

Qeyd edək ki, səsvermə bülletenlərində qeydiyyatdan keçmiş 25 namizədin adı olub. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.

 

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı