Modern.az

Nazirlik: “Azərbaycanda tələbələrə vahid kartın hazırlanması ilə bağlı iş aparılır”

Nazirlik: “Azərbaycanda tələbələrə vahid kartın hazırlanması ilə bağlı iş aparılır”

26 Oktyabr 2011, 15:43

Bir neçə ay bundan əvvəl gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfrasnında Azərbaycanda ali məktəblərdə vahid tələbə biletinin tətbiq ediləcəyini bildirmişdi. Nazir eyni zamanda istər özəl, istərsə də dövlət ali məktəblərində tətbiq olunacaq vahid tələbə kartının yaxın bir neçə ay ərzində tətbiq oluna biləcəyini də vurğulamışdı.

Lakin bu günə kimi məsələ ilə bağlı hər hansı bir yenilik yoxdur.

Gənclər və Idman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Modern.az saytına açıqlamasında vahid tələbə kartlarının hazırlanması ilə bağlı işlərin davam etdiyini deyib. Bu kartda 80 minə yaxın güzəşt və endirimlərin tətbiq edilyini qeyd edən Səmayə Məmmədova bunların tənzimlənməsinin o qədər də asan olmadığını bildirib.

“Bildiyiniz kimi bu yaxınlarda Avropa Gənclər Kartı Assosasiyası idarəetmə heyətinin prezidenti də Bakıda oldu və ölkədə vahid tələbə kartının tətbiqi ilə bağlı detallar müəyyənləşdirildi. Hazırda həmin detalların üzərində iş gedir. Onlar işlənib hazırlanandan sonra Avropa Gənclər Kartı Assosasiyasına göndəriləcək və təsdiqləndikdən sonra ölkəmizdə vahid tələbə kartının tətbiqinə başlanılacaq”.

Son olaraq vahid tələbə kartının nə vaxt tətbiq olunacağı ilə bağlı heç bir məlumatın olmadığını bildirən mətbuat xidmətinin rəhbəri bununla bağlı yenilik olanda ictimaiyyətə açıqlama verəcəklərini vurğulayıb.

Qeyd edək ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq, Gənclər və İdman, Təhsil nazirliklərinə "Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama