Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsi çərçivəsində bu gün “Kaspian Plaz”a mehmanxanasında “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi: beynəlxalq təcrübə və milli qanunvericilik əsasları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri, Korrupsiyaya Qarşı Mübrziə üzrə Komissiyanın, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ədliyyə, Vergilər nazirliklərinin nümayəndələri, ATƏT, USAİD, İREX, ACYİF və QHT təmsilçiləri iştirak ediblər.
Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Elçin Qədirov çıxış ediblər. Layihəyə dəstək verdiyinə görə, AƏF-ə təşəkkür edən Ə.Nuriyev bildirib ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi prosesinə başlanılmasına, cəmiyyətdə korrupsiyanın təzahür formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılması layihənin əsas məqsədləridir.
“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Rövşən Ağayev “Beynəlxalq təcrübədə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, layihə çərçivəsində beynəlxalq təcrübədə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı tədqiqat aparılıb. Tədiqatda gəlir bəyyanamələri ilə əlaqədar beynəlxalq alət və təşəbbüslər, Gəlir bəyyannamələrinin tətbiqi və tənzimlənməsi üzrə beynəlxalq təcrübə, gəlir bəyannamələrinin subyektləri, təqdim edilmə intervalı, tətbiqi ilə əlaqədar sanksiyalar, gəlir bəyannamələri hansı məlumatları əhatə etməli olması, ictimaiyyətə açıqlanması üzrə tələblərlə bağlı məsələlər araşdırılıb. ABŞ, Qərbi və Şərqi Avropa, həmçinin MDB ölkələrinin təcrübəsi öyrənilib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Ə.Nuriyev “Vəzifəli şəxslər tərəfİndən maliyyə xarakterlİi məlumatlarin təqdİm ediməsi üzrə milli qanunvericilik” mövzusunda təqdimatla çıxış edib, O, həmçinin beynəlxalq təcrübə əsasında “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanmış “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə” formasının layihəsini təqdim edib.
Qeyd edək ki, 13 yanvar 2004-cü il tarixdə qəbul olunmuş “Korrupsiyaya qarşı mübarziə haqqında” Qanunun 5-ci maddəsində vəzifəli şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri, vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarındaq yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatlarə təqdim etməlidirlər.
Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” haqqında (bundan sonra “Qaydalar”) təsdiq edilib.
Bu Qaydaların tətbiqi edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli Fərmanı isə Qaydalarda qeyri müəyyən olan bir neçə məsələyə aydınlıq gətirib. Bu fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə formasının tərtib edilməsinə məsul qurum kimi müəyyən etmiş və bunun üçün 2 ay vaxt müəyyən etmişdir. Eyni zamanda fərman Ədliyyə Nazirliyini yerli özünüidarə orqanlarına seçilmiş şəxslər üçün bəyannamə formalarının qəbul edilməsinə məsul qurum kimi müəyyən etmişdir.
Lakin, bu günə kimi Nazirlər Kabineti tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə forması hazırlanmayıb.
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanmış “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə” formasının layihəsində vəzifəli şəxslərin Əmək haqqı, Dividentlər, Hədiyyələr, Qiymətli kağızlardan gəlir, Əmanətlərdən gəlir, Elmi fəaliyyətdən gəlir, Pedaqoji fəaliyyətdən gəlir, Yaradıcılıq fəaliyyətindən gəlir, Miras, Qonorarlar, Pensiya, Sosial müavinət, Alimentlər, İcarə gəlirləri, Əmlak satışından gəlirlər, ödənilmiş borclar, digər gəlirlər, həmçinin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan valideynlərin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan uşaqlarının cəm halında vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarında əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etmələri nəzərdə tutulub.
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həmçinin, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsini tənzimləyən qanunverciliyin təkmilləşdirilməsi ilə bağlı təkilflər hazırlanıb. Fond maliyyə xarakterli məlumatların bir orqan tərəfindən qəbul edilməsi, bu orqana maliyyə xarakterli məlumatların düzgünlüyününun yoxlanılması, pozuntu halları aşakar edildikdə sanksiyalar tətbiq edilməsi, onun müvafiq maddi-texniki baza ilə təmin olunmasını;
Siyası vəzifə və seçkili vəzifə tutan, Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və azad edilən, Milli Məclis tərəfindən vəzifəyə təyin və azad edilən edilən vəzifəli şəxslərin təqdim etdiyi maliyyə xarakterli məlumatlar barədə məlumatın açıqlanmasını;
Digər vəizfəli şəxslərin təqdim etdiyi məlumatların vətəndaşların yazılı sorğusu əsasında qismən təqdim edilməsini;
Məhkəmənin qərarı ilə isə istənilən vəzifəli şəxsin maliyyə xarakterli məlumatlarnın tam şəkildə açıqlanmasını;
Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların qəsdən təqdim edilmədiyi, səhv təqdim halda adekvat sanksiyaların tətbiq edilməsinn (intizam, inzibatı, mülki və cinayət məsuliyyəti) nəzərdə tutulmasını;.
Bəyyannamələrin elkrton formada internet vasitəsilə təqdim olunmasını təklif edir. Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həmçinin, “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə”nin təqdim edilməsi qaydalarının layihəsi hazırlanıb.
Bugünkü dəyirmi masada bütün maraqlı tərəflərin iştirakı ilə müzakirələrədn sonra səslənmiş təkliflər də nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim ediləcək.
Artıq Nazirlər Kabinetinə “Maliyyə xarakterli məlumatlar haqqında Bəyyannamə” Formasının hazırlanması barədə İnformasiya sorğusu göndərilib.
Layihə çərçivəsində həmçinin Mungəçevir və Gəncə şəhərlərində vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mövzusunda dəyirmi masaların keçirilməsi bu mövzuda televizya də radio-verilişlərin hazırlnamsı da nəzərdə tutulub.
Modern.az