Modern.az

Baş nazirin oğlu partiya yaradır

Baş nazirin oğlu partiya yaradır

29 Oktyabr 2018, 20:14

Türkiyənin keçmiş Baş naziri, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan yeni siyasi partiya quracağını açıqlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fatih Ərbakan bu gün “Twitter” səhifəsində yazıb.

 

F.Ərbakan “Yenidən böyük Türkiyə, yeni bir dünya” hədəflərinə çatmaq məqsədilə 2018-ci il noyabrın 23-də yeni siyasi partiyanın quruluşunu bəyan edəcəklərini bildirib.

 

Qeyd edək ki, Nəcməddin Ərbakan 1996-1997-ci illərdə Türkiyənin 33-cü Baş naziri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal