Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elin Emin oğlu Süleymanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Ölkə başçısı digər sərəncamla E.Süleymanovu Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Bununla yanaşı, Prezident Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması barəd də sərəncam verib.
Qeyd edək ki, Azərbaycanın ABŞ-a təyin edilən yeni səfiri Elin Süleymanov bu sərəncamadək ölkəmizin Amerikanın Los-Ancels şəhərindəki baş konsulu idi.
Modern.az