Modern.az

“Paşinyan ABŞ-ın köməyi ilə hakimiyyətə gəlib, onlara borculdur” – Rusiyalı müşavir

“Paşinyan ABŞ-ın köməyi ilə hakimiyyətə gəlib, onlara borculdur” – Rusiyalı müşavir

Dünya

30 Oktyabr 2018, 11:18

“Nikol Paşinyan ABŞ qarşısında borcludur və ona tez-tez xatırlayırlar ki, o borcunu ödəməlidir”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Reqnum” agentliyinin baş redaktoru, 1-ci dərəcəli dövlət müşaviri Modest Kolerov Con Boltonun Cənubi Qafqaz regionuna səfərini şərh edərkən deyib.

 

“Boltonun Yerevandakı açıqlamaları ilk növbədə Paşinyana ünvanlanıb. Ondan siyasi dəstəyə görə konkret addımlar istənilir. Paşinyan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlib və indi Ağ Evdə ondan konkret addımlar, məsələn, Qarabağ münaqişəsinin həllində konkret dinamika gözlənilir”.

 

Ekspertin fikrincə, Qarabağ məsələsi Paşinyan üçün ciddi təzyiq faktorudur. O deyib ki, Moskva da Paşinyanın siyasi addımlarına heç bir müdaxilə etmək niyyətində deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı