Azərbaycandan Həcc ziyarətinə gedən avtobuslardan biri aşıb.
APA-nın məlumata görə, qəza azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan, 18 avtobusun yer aldığı birinci karvanda baş verib.
İordaniya ərazisində qeydə alınan qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
***
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman isə ANS-sə açıqlamasında xəbəri təkzib edib. O, deyib ki, zəvvarları aparan avtobuslardan heç biri aşmayıb.
***
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANSpress-ə verdiyi məlumata görə, Həcc ziyarətinə gedən avtobus rəhbərlərinin bir çoxu ilə əlaqə saxlayıblar. Amma avtobusun qəzaya uğramasa faktı təsdiqlənməyib. "Bundan əlavə, Azərbaycanın İordaniyadakı səfirliyi ilə də əlaqə saxlanılıb. Amma oradan da qəzanın baş verməsi barədə məlumat təsdiqini tapmayıb".
R.Dadaşova hazırda qəza barədə məlumatın yalan-yaxud gerçək olması barədə araşdırmaların aparıldığını deyib. “Bir neçə avtobus var ki, onlarla əlaqə saxlamağa çalışırıq. Bundan sonra hadisənin dəqiq baş verib-vermədiyini açıqlayacağıq. Məlumat yayan mənbə ilə də əlaqə saxlamışıq, onlar qəza barədə kimdən öyrəndiklərini demək istəmirlər”, - deyə o bildirib.
***
Qafqaz Müsəlmanları İdarəsinidən bildirilib ki, Azərbaycana məxsusu avtobuslardan heç biri qəzaya uğramayıb.
***
Modern.az-ın məlumatına görə, indiyədək Azərbaycandan iki qrup Həccə yola salınıb. Oktyabrın 23-də Azərbaycanlı zəvvarların ilk heyəti Həcc ziyarətinə yola düşüb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ilk heyət 18 avtobusla gedib. 26 avtobusun olacağı ikinci karvan isə oktyabrın 24-də yola düşüb.
Təyyarələr zəvvarları Həcc ziyarətinə 28-31 oktyabr tarixlərində aparacaq. Ümumilikdə oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 3, 29 oktyabrda isə 2 təyyarə Səudiyyə Ərəbistanına gedəcək.
2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi 2000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara-Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərinə yola düşəcək.
Modern.az