Modern.az

Gümrüdə rusiyalı gənc qız təcavüzə məruz qaldı

Gümrüdə rusiyalı gənc qız təcavüzə məruz qaldı

Dünya

30 Oktyabr 2018, 20:24

Ermənistanın Gümrü şəhərində rusiyalı gənc qıza qarşı təcavüz cəhdi baş verib. Modern.az Musavat.com-a istinadən xəbər verir ki, zorlama hadisəsinin qurbanı ola biləcək gənc qız 20 yaşında olub. İnsident dünən səhər saatlarına təsadüf edib.

 

Naməlum şəxs qızın yaşadığı mənzilə zorla daxil olaraq, bıçaq hədəsi ilə onu yataq otağına götürüb. Yolda qızın başı divara dəyib və o, huşunu itirib.

 

Xəbərdə yazıldığına görə, qızı huşsuz vəziyyətdən ayıltmaq məqsədilə cinayəti törətmək istəyən adam su gətirmək üçün mətbəxə keçib (erməni mətbuatı bu məqamı olduqca şübhə ilə qarşılayır). Bundan istifadə edən qız evdən qaça bilib.

 

Xatırladaq ki, Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bazada qulluq edən zabit və gizir heyəti burada ailələri ilə birlikdə yaşayırlar.

 

Gümrünün özündə isə yerli əhali ilə rus hərbçiləri arasında bəzən ölümlə nəticələnən insidentlər baş verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı