Modern.az

Sabah Azərbaycanda qar yağacaq

Sabah Azərbaycanda qar yağacaq

Təhsil

27 Oktyabr 2011, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim Şimal küləyi əsəcək. 
Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda az qar yağacağı, Lənkəran-Astara bölgəsində isə intensiv yağıntıların davam edəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza gəlincə, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin davam etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama