Modern.az

Türkiyədə ölənləri sayı 500-ü ötdü

Türkiyədə ölənləri sayı 500-ü ötdü

Təhsil

27 Oktyabr 2011, 13:55

Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır. Son məlumata görə, ölənlərin sayı 523 nəfərə çatıb, 1650 insanın isə yaralandığı bildirilir. Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, indiyə qədər dağıntıların altından 185 insanın sağ çıxarılmasına müəvvəfəq olunub.  

Türkiyə mətbuatının yazdığına Baş nazir Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə başlayan yardım ksmpaniyasına indiyə kimi 7 milyon 380 min türk lirəsi yığılılıb. Bundan əlavə, 14 televiziya kanalı da birlikdə “Van üçün tək ürək” yardım kampaniyasına başlayıb. Bura toplanan məbləğ bəlli olduqdan sonra  ümumilikdə zəzlələ qurbanları üçün toplanan məbləğ açıqlanacaq.

Hazırda ərazidə xilasetmə işlərinin davam etdirildiyi bildirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama