Bu gün Avro-Atlantik Şuranın təsis konfransı keçirilib. Konfransda qurumun təşkilat komitəsinin sədri Sülhəddin Əkbər bildirib ki, Azərbaycanda ölkənin Avroatlantik məkana inteqrasiyasını dəstəkləyən xeyli QHT mövcuddur.
“Amma onlar pərakəndə fəaliyyət göstərirlər. Hiss etdik ki onların fəaliyyətinin koordinasiyasına ehtiyac yaranıb” deyən S.Əkbərin sözlərinə görə, yeni yaradılan qurumun 145 üzvü var. Təşkilat 34 QHT-ni birləşdirir. Bura 11 hərbi ekspert, 9 siyasi ekspert, 5 iqtisadçı, 5 analitik, 15 jurnalist daxildir.
“Bakının bütün rayonlarında, respublikanın bir sıra kənd rayonlarında özəklərimiz yaranıb. 30-dan artıq rayonda özəklərimiz var. Biz istəyirik ki, bu təşkilat gerçəkdən milli təşkilat olsun. Biz də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Tərkibimizdə YAP, AXCP, Müsavat və digər siyasi partiyaların üzvləri var. Azərbaycanda ictimai passivliyin hökm sürdüyü bir dövrdə bu işi görmək o qədər də asan deyil”, - deyə S.Əkbər bildirib.
Onun sözlərinə görə, təşkilatın hədəfi Azərbaycanın AB və NATO-ya intqerasiyasını davam etdirmək, bu təşkilatlara üzvlük perspektivinin ortaya çıxmasına ictimai dəstəyin təşkil olmasıdır.
Konfransda Sülhəddin Əkbər Avro-Atlantik Şuranın sədri, Yaşar Cəfərli müavin seçilib. Qurumun idarə heyətinə aşağıdakı şəxslər seçiliblər:
1. Sülhəddin Əkbər
2. Yaşar Cəfərli
3. İbrahim İbrahimli
4. Zəfər Quliyev
5. Leyla Əliyeva
6. Azad İsazadə
7. Hikmət Hacızadə
8. Məhəmməd Talıblı,
9. Cəsur Sümərinli
10. Elxan Şahinoğlu,
11. İldırım Məmmədov
12. Səxavər Əlisoy
13. Nicat Səmədoğlu
14. Kəramət Salayev
15. Yalçın İmanov
16. Əlövsət Əliyev
17. Etibar Əliyev
Modern.az