Ermənistanın sabiq prezidenti Serj Sarkisyan artıq hökumət iqamətgahını tərk edib.
Modern.az Ermənistanın KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident Sarkisyan ailə üzvləri ilə birlikdə Kotayk vilayətinin Dzoraxpyur kəndində öz kürəkəni Mikael Minasyana məxsus malikanəyə köçüb.
Xatırladaq ki, bundan əvvəl, Paşinyanın mətbuat katibi Arman Yeqiyan Sarkisyanın hökumətin yaşayış kompleksini tərk edəcəyini açıqlamışdı. O, keçmiş prezidentə statusuna uyğun olaraq daimi yaşayışı üçün 10 fərqli malikanənin təqdim olunduğunu, amma təkliflərin hamısının geri çevrildiyini xatırlatmışdı.