28 oktyabr 2011-ci il tarixində Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Təhsil – Perspektivlər – Müvəffəqiyyətlər” adlı konfrans keçiriləcək.
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Almaniyadakı Nümayəndəliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirə Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov da qatılacaq.
Millət vəkili konfrasda “Azərbaycanlı tələbə və doktorandların təhsil və həyatı və onların alman cəmiyyətinə inteqrasiyası, Almaniyadakı Azərbaycan diasporasında tələbələrin rolu” mövzusunda çıxış edəcək.
Məlumatı Modern.az-a Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən veriblər.
Modern.az