Modern.az

Ermənistanda əhalinin sayı bir il ərzində 10 min nəfər azalıb

Ermənistanda əhalinin sayı bir il ərzində 10 min nəfər azalıb

Dünya

31 Oktyabr 2018, 18:57

Ermənistanın daimi əhalisinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb. Ermənistan KİV-ləri xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidməti bildirib.

 

Qeyd olunur ki, 2018-ci il oktyabrın 1-də Ermənistanın daimi əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub.

 

Ötən ilin hesabat dövrü ilə müqayisədə ölkədə 2018-ci il yanvar-sentyabr ərzində yeni doğulan körpələrin sayı 4,2 faiz azalaraq, 26 min 483 nəfər təşkil edib. Ermənistanda şəhər əhalisi bir mliyon 895 min 400 nəfər, o cümlədən Yerevanın əhalisi bir milyon 79 min 400 nəfərdir. Kənd əhalisi isə bir milyon 73 min 800 nəfərdir.

 

Virtualaz.org

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı