Modern.az

Yeməkdən dərhal sonra etməməmiz lazım olan 7 şey

Yeməkdən dərhal sonra etməməmiz lazım olan 7 şey

Təhsil

27 Oktyabr 2011, 17:29

Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməyin dərhal ardından bəzi şeyləri etmək can sağlığına ciddi ziyan gətirir.

1. Yeməyin dərhal ardından yandırılan tək bir siqaret 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artır.

2. Yeməyin dərhal üstündən yeyilən meyvə, mədənizin hava ilə dolmasına səbəb olur. Meyvəni yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1-2 saat sonra yeməniz sağlamlığınız baxımından daha faydalı olar.

3. Türk mədəniyyətinin ən əsas vərdişlərindən biri olan yemək üstündən çay içmək də sağlamlıq baxımından faydalı görülmür. Yeməkdən dərhal sonra içilən çay yediyimiz qidalardan aldığınız zülalların həzm edilməsini və qidadan aldığınız vitaminlərdən tam faydalanmağınızı əngəlləyə bilir. Çay üçün ən doğru zaman yeməkdən ən az bir saat sonradır... Yeməkdən dərhal sonra içilən çay qidadan alınan dəmir mineralının bədən tərəfindən istifadəsini məhdudlaşdırır.

4. Yeməkdən dərhal sonra əsla kəmərinizi boşaltmayın. Çünki yemekten sonra kəmər boşaltmaq, bağırsaq düyünlənilməsinə səbəb ola bilir.

5. Yeməyin dərhal ardından yol getmək, yürümək istehlak etdiyiniz qidalardakı qida elementlərinin fayda baxımından heç bir mənasının qalmamasına səbəb olur. Gedişi 1 saat sonraya təxirə salmanız hər istiqamətdən daha faydalı olar.

6. Yeməkdən dərhal sonra duş qəbul etmək bədəndə qan axınını əl və ayaqlara doğru çoxaldarkən, mədə ətrafında qan axınını azaldır. Bu da həzm sistemi baxımından zərərlidir.

7. Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər çalışa bilməməsinə və bağırsaq iltihablanmalarına, mədə narahatlıqlarına səbəb olur. Bundan başqa yeməyin ardından dərhal yatmaq kökəlməyə də səbəb olur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama