Modern.az

Mənəvi Dəyərlərin Təbliği Fonduna büdcə vəsaiti ayrılacaq - İLK DƏFƏ

Mənəvi Dəyərlərin Təbliği Fonduna büdcə vəsaiti ayrılacaq - İLK DƏFƏ

1 Noyabr 2018, 09:25

2019-cu ilin dövlət büdcəsindən ilk dəfə olaraq Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılacaq.

Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinsə  qeyd edilib.

Sənəddə göstərilib ki, ilk dəfə olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 8 milyon 200 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. QİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?