Modern.az

Türkdilli ölkələrin media quruluşlarının Koordinasiya Mərkəzi yaradılacaq

Türkdilli ölkələrin media quruluşlarının Koordinasiya Mərkəzi yaradılacaq

Təhsil

28 Oktyabr 2011, 10:31

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib ki, Türkdili Ölkələrin və Toplumların II Media Forumunda  qəbul olunacaq Bəyannamədə türkdilli mətbuat orqanlarının Koordinasiya Mərkəzinin yaradılması təklifi yer alacaq.

Qeyd edək ki, bu gün bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu öz işinə başlayıb.

Tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama