Modern.az

Ermənistanda parlament buraxıldı - RƏSMİ

Ermənistanda parlament buraxıldı - RƏSMİ

Dünya

1 Noyabr 2018, 22:58

Ermənistan prezidenti Armen Sarkisyan bu gün parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Modern.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Dərc olunduğu gündən qüvvəyə minən fərmanda növbədənkənar seçkilərin 9 dekabr 2018-ci tarixinə təyin edilməsi əksini tapıb.

 

Qeyd edək ki, Konstitusiyaya görə baş nazirin istefasından sonra iki iclasda millət vəkilləri yeni baş naziri seçə bilmədiyi təqdirdə parlament buraxılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı