Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Tomas Qreminqeri qəbul edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı diplomat ATƏT-də ciddi islahatlara ehtiyac olduğunu deyib.
“ATƏT-in işində pozulmuş tarazlığı bərpa etmək və obyektivliyə qayırmaq üçün ciddi islahatlara ehtiyac var”.
Xatırladaq ki, ATƏT sədri noyabrın 1-dən 3-nə qədər Moskvada olacaq.