“Qalatasaray” tərəfdarları Türk Telekom Stadiumunda yenə unudulmaz bir koreoqrafiyaya imza atıb. Modern.az xəbər verir ki, “Qalatasaray”ın 12 may 2012-ci il tarixində əzəli rəqiblərinin meydanında qazandıqları çempionluq xatırlanıb. Qırmızı kardonların açıldığı tribunada üst tərəfdə 4 ulduzla bərabər 21 ilə çempionluq sayı, alt tərəfdə də 3 ulduzu xatırladan ağlayan “Fənərbaxça” üzləri qoyulub. Tribunanın tam ortasında da “Sizin xəyallarınız bizim gerçəklərimiz – 20:45 Kadıköy Xatirəsi” yazısı yazılıb.