Ukraynanın “1+1” telekanalı hərbi qüvvələrin Herson vilayətinin Yaqorlık poliqonunda keçirdiyi təlimlərin görüntülərini yayımlayıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, quru qoşunları hava hücumundan müdafiə bölmələri və zenit-raket hərbi hava qüvvələrinin iştirak etdiyi təlimlərdə “OSA-AKM” komplekslərindən istifadə edilib.
Rəsmi Kiyev bu təlimlərin beynəlxalq hüquq normaları əsasında keçirildiyini bildirilib.
Rusiyalı politoloqlar isə vurğulayır ki, Ukrayna hərbi qüvvələrinin Krım yaxınlığında keçirdiyi bu təlim Rusiya üçün heç bir təhlükə yaratmır.
Qeyd edək ki, 1-4 noyabr tarixləri ərzində nəzərdə tutulan təlimlərdən dolayı Qara dəniz üzərində hava nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb.