Misirdə "MiQ-29" hərbi təyyarəsi qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, misirli pilot qəzadan öncə katapult edib. Hazırda pilotun həyatı üçün heç bir təhlükə yoxdur.
Birləşmiş Aviatikinti Korporasiyası (BAK) qəza ilə bağlı məlumat yayıb: "Misir HHQ-nin "MiQ-29" təyyarəsinin qəzaya uğraması barədə operativ məlumatımız var. Yaxın zamanda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasında köməklik göstərmək üçün Misirə yollanacaqlar".
"Kommersant" qəzeti yazır ki, Rusiyadan 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə tədarük "MiQ-29M/M2" qırıcılarından biri təlim uçuşu zamanı qəza törədib: "Qəzaya səbəb texniki nasazlıq və yaxud pilotun yalnış hərəkətləri olub".