Modern.az

Milli Məclis bahalı nömrə nişanlarını almağı leqallaşdırır (QİYMƏTLƏR)

Milli Məclis bahalı nömrə nişanlarını almağı leqallaşdırır (QİYMƏTLƏR)

Ölkə

28 Oktyabr 2011, 15:51

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət qurulucuğu komitəsinin birgə iclasında “Dövlət rüsumu haqqında” mövcud qanuna əlavə və dəyişiklər müzakirə edilib.
Modern.az saytı xəbər verir ki, dəyişiklik barədə Hüquq siyasəti və dövlət qurulucuğu komitəsinin rəhbəri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, buarada dəyişiklik əsasən  avtomobillərə bəzi dövlət nömrə nişanlarının verilməsinə görə yeni rüsumların müəyyən edilməsindən ibarətdir.

Belə ki, dəyişikliyə görə, avtomobillərin nömrəsi 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmlərindən, seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500 manat rüsum ödəniləcək. 

Nömrə nişanında rəqəmlər 001-dən 009-a qədər, seriyadakı hərflər isə eyni olduqda avtomobil sahibi 2500 manat rüsum ödəyəcək. 

Nömrə nişanında rəqəmlər 100-dən 900-ə qədər, hərflər isə müxtəlif olarsa avtomobil sahibindən 1000 manat istəniləcək. 

Nömrə nişanında rəqəmlər 100-dən 900-ə qədər, hərflər eyni olduqda 1500 rüsum ödəmək lazım gələcək.

Nömrədə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999 rəqəmləri yazıldıqda, hərflər müxtəlif olduqda rüsum 500 manat, nömrədə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmlərilə eyni hərflər yazıldıqda isə 1000 manat rüsum ödəniləcək.

Bununla da Əli Hüseynli qoşa, güzgü effektli ("zerkalnı"), cüt rəqəmli nömrə nişanlarının satışının leqallaşdırıldığını və artıq pul yığılmayacağını bildirib.

O həmçinin qeyd edib ki, “zerkalnı” nömrələr sahiblərinə təkrar verildikdə, yəni yeniləşdirildikdə, onlar yeni alqı-satqı qiymətləri ilə 18 manat ödəməlidirlər.

İndiyədək bütün nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunla 18 manat müəyyən edilmişdi. Ancaq avtomobil sahibləri bildirirlər ki, qoşa, güzgü effektli ("zerkalnı"), cüt və eynirəqəmli nömrə nişanı almaq heç də deyildiyi qədər asan başa gəlmirdi, yəni hər adama qismət olmurdu. Bu nömrələrin qeyri-rəsmi baha qiymətləri vardı.
İndiyədək bəzi avtomobil sahibləri istədikləri nömrə nişanını amaq üçün dəridən-qabıqdan çıxır, rəsmi qurumun əməkdaşlarına rüşvət təklif edir, onları qanunu pozmağa şirnikləndirirdilər. Belələri əsasən, sıfırla başlayan (məsələn, 015, 005, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303), eynirəqəmli (666, 111), ya da avtomobil sahibinin telefon nömrəsinin sonluğu ilə eyniyyət təşkil edən nömrələri əldə etməyə çalışan maşın sahibləridir.

Həmin nömrələri almağın neçəyə baş gəldiyini isə bir maşın sahiblərinin özləri, bir də dövlət qeydiyyat nişanı verən Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbəsinin əməkdaşları bilirlər.

Adətən bahalı nömrə nişanları almaq istəyi tipik «avtoş»lara xas xüsusiyyət kimi qeyd edilsə də, bu, Azərbaycanda belə deyil. Çünki avtomobil sahibləri arasında «prestijli» nömrələr sayılan həmin qeydiyyat nişanlarına malik olanların əksəriyyəti vəzifəli şəxslərin övladları, kommersantlardır.
Bununla yanaşı, sıfırla başlayan, güzgü effektli, cüt və eynirəqəmli nömrə nişanlarına özəl həvəs göstərən azərbaycanlı avtomobil sahibləri arasında şou-biznes nümayəndələri – müğənnilər də xüsusilə seçilirlər.

Araşdırmalar göstərir ki, hansı məqsəd daşımasından asılı olmayaraq, bir çox avtomobil sahibləri qeyri-adi və ya «prestijli» nömrələr əldə etmək üçün istənilən məbləğdən keçməyə hazırdırlar. Onlar adi vətəndaşlardan başqa xüsusiyyətlərlə yanaşı, həm də avtomobillərinin nömrəsi ilə fərqlənmək istəyirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, eynirəqəmli, cüt, güzgü effektli avtomobil nömrələrinin sahibləri arasında müğənnilər xüsusilə seçilirlər. Buna konkret misallar da göstərə bilərik.

Məsələn, qiyməti 80 min ABŞ dollarından baha olan «Audi Q7» markalı avtomobil sürən xalq artisti Faiq Ağayevin maşınının nömrəsinə diqqət yetirin: nömrədə müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəmlər – 10 FA 222...

Hamının milyoner müğənni kimi tanıdığı əmakdar artist Ədalət Şükürovun bir neçə bahalı avtomobili var, nömrələri də nadir nömrələr. Müğənninin idarə etdiyi 160 min dollarlıq «Range Rover»in üzərində 10 HP 100 nömrə nişanı asılıb.
Ə.Şükürovun «Mercedes” markalı avtomobilinin nömrəsi 10 PB 002-dir. Ədalətin «Lexus LS – 460» (127 min dollar), «Pontiac» ( 60 min dollar) markalı maşınlarının nömrəsini öyrənə bilmədik, amma istisna deyil ki, onların nömrələri də adi nömrələr deyil.

Müğınni Səidə Sultan 90 XV 093 dövlət nömrə nişanlı bahalı “Porsche” markalı avtomobil sürür.

Azəri qızı Günelin “Hyundaı” markalı avtomibilinin də super nömrə nişanı var - 90 GA 222.

Xalq artisti İlhamə Quliyevaya məxsus olan qara rəngli bahalı “Hummer” 90-CC-111 nömrə nişanına malikdir.

Müğənni Ruhinin idarə etdiyi “Mercedess CLS" avtomobilinin özü kimi nömrəsi də bahalıdır -  10-ZO-777.
 
Şou-biznesin digər qalmaqallı müğənnisi Nüşabə Ələsgərli “Mercedes-ML” avtomobilinin nömrə nişanı necə deyərlər, “zerkalnı”dır - 10 LZ 101. Maşının qiyməti isə nə az, nə çox düz 160 min dollardır.  

Populyar müğənni Röya da nömrə məsələsində həmkarlarından geri qalmır.  Onun “Mersedes GeLandeWagen” avtomobili 10-SS-040 nömrə nişanına malikdir.

Maddi imkanlarına görə bir çox həmkarından qabaqda olan müğənni Abbas Bağırovun bahalı avtomolinin yaxşı nömrəsi var - 90-BA-006.

Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edən Rəqsanə  «Range Rover» sürür. 90 min dollar qiyməti olan bu maşının super nömrəsi var - 90 EZ 999...

Xuraman Şuşalının idarə etdiyi və çox bahalı olan (80 min dollar) "Audi Q7” da qibtə ediləcək nömrəyə malikdir - 10 SP 007...

Xatirə İslamın sürdüyü və bir müddət öncə naməlum şəxslər tərəfindən üstü cızılan "Range Rover" markalı avtomobilin nömrəsi də çoxları üçün əlçatmaz sayıla bilər - 10 MC 111.

Aygün Kazımovanın 170 min dollarlıq ağ rəngli «BMW 750» markalı avtomobilin nömrə nişanına həsəd aparanlar var - 90 BL 009.

İstisna deyil ki, Namiq Qaraçuxurlunin 90 min dollarlıq «Lexus GX»si,  Nadir Qafarzadənin 80 min dollarlıq «Audi Q7»si, Tünzalə Ağayevanın 73 min dollarlıq «Volkswagen Touareg»i, Səməd Səmədovun 60 min dollarlıq «Mercedes GL»i də çoxları üçün əlçatmaz nömrə nişanlarına malikdir. 

 Beləliklə, şou əhli təkcə qalmaqallarla, şəxsi həyatlarına aid xəbərlərlə yadda qalmırlar, onlar həm də avtomobillərinin qiymətləri və sürdükləri maşınların dövlət nömrə nişanlarıyla seçilirlər...


 

Ədalət Şükürovun bundan da bahalı 5 avtomobili var... Bahalı maşın, bahalı nömrə.. 

 

Faiq Ağayev bu nömrə nişanı ilə həmkarlarına acıq verə bilər...

 

Müğənni Ruhinin bahalı avtomobili nömrəsinə görə çox məşhurdur.

 

Röyanın avtomobili... Maşın sadə nömrə daşımır...

 

Abbas Bağırovun maşınında olan dövlət nömrə nişanı çoxları üçün əlçatmaz sayıla bilər.

 

Azəri qızı Günelin bu orijinal nömrəsi həm də svarovski daşları ilə bəzədilib.

 

Səidə Sultan öz “Porsche” ilə ...

 

Aygün Kazımovanın 170 min dollarlıq  «BMW»si.... Onun nömrəsinə həsəd aparanlar var-90 BL 009.

 

Qalmaqallı Nüşabə Ələsgərli “Mercedes-ML” maşınındakı 10 LZ 101 nömrəsi ilə öyünə bilir...


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər