Modern.az

Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir

Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir

3 Noyabr 2018, 21:56

“Ukrayna ilə 2011-ci ildən strateji əməkdaşlıq səviyyəsinə çıxan münasibətlərin dəstəklənməsi üzrə işlər mütəmadi olaraq davam etdirilir. İldən-ilə biz münasibətləri daha da möhkəmləndiririk və bundan sonra da möhkəmləndirəcəyik. Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir. Bu islahatların uğurlu həyata keçirilməsi bütün regionun xeyrinə olacaq". Modern.az xəbər verir ki, bunu , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra bildirib.

 

Türkiyə prezidenti qeyd edib ki, ölkələr arasında vizasız rejimin tətbiq olunması müsbət hadisədir: "Vətəndaşlarımız daxili sənədlərlə ölkələrimizə səfərlər edə bilirlər. Türkiyəyə 2018-ci ildə səfər edən Ukrayna turistlərinin sayı 1 milyonu ötüb".

 

Türkiyə prezidenti, həmçinin, deyib ki, tərəflər Azad Ticarət Razılaşmasının hazırlanması üzrə işləri ilin sonuna kimi tamamlamaq niyyətindədir: "İnanıram ki, bu sənədlə ikitərəfli ticarət dövriyyəsinin həcmi 10 milyard dollara çatacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal