Çində ağır yol qəzası baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Lançjou vilayətində baş verib. 26 avtomobilin iştirakı ilə baş verən qəzada 14 nəfər həyatını itirib. Hadisə zamanı 27 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, hadisəyə səbəb yük avtomobilinin sürücüsü idarəetməni itirməsi olub.