Modern.az

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi 2020-ə qaldı

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi 2020-ə qaldı

5 Noyabr 2018, 12:09

“2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir”.

Modern.az-ın məlumatına görə, bunun maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.

Nazir bildirib ki, gələn il icbari tibbi sığortaya 224 mln. manat ayrılması nəzərdə tutulub.

“Buna baxmayaraq icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?