Modern.az

Neft Fondunun gəlirləri ARTIR

Neft Fondunun gəlirləri ARTIR

5 Noyabr 2018, 12:23

““Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, Neft Fondunun gəlir və xərcləri dövlət büdcəsinin tərkibindədir. 2019-cu ildə dövlət büdcəsində olduğu kimi Dövlət Neft Fondunun büdcəsində də neftin qiyməti 1 barelə görə 60 dollar qiymətində götürülüb. Bu göstəriciyə uyğun olaraq, fondun növbəti il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2017-ci ilin göstəricisi ilə 28.4 faiz, 2018-ci ilin göstəricisi ilə isə 1.8 faiz çoxdur”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Milli Məclisin komitələrinin 2019-cu ilin dövlət büdcəsi ilə bağlı keçirilən birgə iclasında deyib.

O bildirib ki, Dövlət Neft Fondunun 2019- cu il üçün büdcəsində bu mənbə üzrə fonda daxilolmalar 13 milyard 218 milyon manat təşkil edəcək.

“2019-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən əldə edilən gəlirlər 1 milyard 571 milyon manat proqnozlaşdırılır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?