Modern.az

Hadi Rəcəbli: “Sığorta sahəsində yeniliklər gözləyirik”

Hadi Rəcəbli: “Sığorta sahəsində yeniliklər gözləyirik”

6 Noyabr 2018, 11:39

“Gələnilki büdcədə sosial məqsədlər üçün 8 milyard manatdan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, son 10 ildə Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlər artırılıb.

“Gələn il də sosial sahəyə ayrılan vəsait artır. Gələnilki büdcədə ən vacib məsələlərdən biri şəffaflığın təmin edilməsidir. Gələn il gözlənilən yeniliklərdən biri sosial müdafiə sahəsində yeni institutun formalaşmasıdır.

Ciddi məsələ odur ki, sosial sığorta sahəsində yeniliklər gözləyirik, vergi islahatları artıq müəyyənləşib. Bunlar özü əhalinin məşğulluğunun təmin edilməsinə, qeyri-leqal məşğulluğun leqallaşmasına xidmət edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?