Modern.az

Prezident İlham Əliyev Ağdaş və Ucara səfər edib

Prezident İlham Əliyev Ağdaş və Ucara səfər edib

Təhsil

30 Oktyabr 2011, 19:49

Oktyabrın 30-da Prezident İlham Əliyev Ağdaş və Ucar rayonlaına səfər edib.

Dövlət başçısı Ağdaşda mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib. Burada İlham Əliyevə abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verilib.
Prezident Ağdaş rayonuna səfəri çərçivəsində Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Ölkə başçısıba məlumat verilib ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Yenidənqurma işlərində 30 min tonadək asfalt-beton qarışığından istifadə olunub.
Prezident İlham Əliyev Ağdaşda mərkəzi rayon xəstəxanasının açılışında da iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, Dünya Bankının maliyyə vəsaiti hesabına inşa edilmiş 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır. Tibb ocağında stasionarda eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Oktyabrın 30-da Prezident İlham Əliyev Ucar rayonunda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Məlumat verilib ki, məktəbin zalında eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılıb.
İlham Əliyev Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib.  Bu komleks magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatını təmin edəcək. Bildirilib ki, şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, iki min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcək. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada dörd min kubmetr olan müasir qurğu inşa ediləcək. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaq. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulub. 

Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulub.
Prezident tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış olub.
Burada ümumilikdə 350 nəfərlik tibbi heyət çalışacaq. İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama