Modern.az

Metronun "Əzizbəyov" stansiyası bağlandı

Metronun "Əzizbəyov" stansiyası bağlandı

Təhsil

1 Noyabr 2011, 09:57

Noyabrın 1-dən Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasına sərnişinlərin giriş və çıxışı tam məhdudlaşdırılıb. Bununla əlaqədar, qatarlar “Məşədi Əzizbəyov” stansiyasında dayanmadan hərəkət edirlər.

Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib ki, stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Stansiya dekabr ayında təkrar istifadəyə açılacaq.

Stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.

Bu məhdudiyyətlərlə əlaqədar, son dayanacağı “Məşədi Əzizbəyov” stansiyasının qarşısında olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib. Dayanacaqlar müvəqqəti olaraq metronun “Ulduz” stansiyasının qarşısına köçürülüb. 
 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama