Modern.az

Qırğızıstanda yeni prezident seçilib (YENILƏNİB)

Qırğızıstanda yeni prezident seçilib (YENILƏNİB)

Dünya

31 Oktyabr 2011, 10:13

Oktyabrın 30-da Qırğızıstanda prezident seçkiləri keçirilib. Artıq başa çatan seçkilərdə 16 namizəd iştirak edib. Seçkiləri Azərbaycan da daxil olmaqla Müstəqil Dövlətlər Birliyi və Avropa ölkələrinin, həmçinin bir sıra beynəlxalq təşkilatların müşahidəçiləri izləyiblər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 min 289 seçki məntəqəsi fəaliyyət göstərib, seçki siyahılarına 3 milyon 34 min 84 seçicinin adı salınıb. Nəticələr oktyabrın 1-də elan ediləcək.

BBC-nin məlumatına görə, əsas mübarizə 3 namizəd arasında gedir. Bunlar qələbəyə ən şanslı namizəd sayılan, ölkənin şimalını təmsil edən baş nazir Almazbek Atambayev və cənub bölgəsinin təmsilçiləri - parlamentin eks-spikeri Adaxan Madumarov və keçmiş fövqəladə hallar naziri Kamçibek Taşiyevdir.
Yeni Konstitusiyaya görə, Qırğızıstan parlament respublikasıdır və ölkənin faktiki rəhbəri parlamentdəki hakim koalisiya tərəfindən təyin edilən baş nazirdir.
Prezidentdə isə təmsilçilik funksiyaları saxlanılıb. O, həm də Silahlı Qüvvələrin Ali baş komandanıdır. Qırğızıstan prezidenti 6 illiyə və yalnız 1 səlahiyyət müddətinə seçilə bilər.

Keçid dövrü prezidentinin səlahiyyətləri bu il dekabrın 31-də başa çatır və Konstitusiyaya görə, hazırki ölkə rəhbəri Roza Otunbayeva bu kürsüyə növbəti dəfə seçilə bilməz.

Qırğıstanın MSK-ın məlumatına görə, prezidentliyə namizədlər seçkiqabağı təşviqata təxminən 3 milyon dollar xərcləyiblər.

***

Artıq nəticələr məlumdur. Seçkilərində baş nazir Almaz Atambayev qalib gəlib.  A. Atambayev 62,95% səs toplayıb. Onun rəqibləri – Adaxan Madumarov 14,92%, Kamçıbek Taşiyev isə 14,42% səs yığıb. Digər namizədlər 1%-dən az səs yığıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza