Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı yeni sorğu keçirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.
Soyadı əlifba sırası üzrə təqdim eolunan ikinci “15-lik”lə bağlı “Hansı deputatın işi sizi qane edir” sorğusu da yekunlaşıb. Oxucular sorğuda çox aktiv iştirak ediblər.
Qeyd edək ki, budəfəki sorğumuzda deputatlar Vahid Əhmədovla Adil Əliyev arasında çox ciddi rəqabət gedib. Bir həftə ərzində gah Vahid Əhmədob irəli çıxıb, gah da Adil Əliyev. Bu iki millət vəkilin tərəfdarları sorğuda xüsusi aktivliklərilə seçiliblər.
Bu həftə ərzində sorğumuzda iştirak edənlərin də sayı ötən dəfədən xeyli çox olub – 3310 nəfər.
Sorğumuz nəticəsində 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov qalib gəlib. O, saytımızda səs verən respondentlərin 33 faiz səsini qazanaraq 1-ci yerə çıxıb.
20 saylı Nərimanov ikinci seçki dairəsidən millət vəkili Adil Əliyev cəmi 1 faiz az - 32 fazi səslə ikinci, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədova isə 19 faiz səslə üçüncü olub.
Nəticələr:
1. Muxtar Babayev - 13 ( 0%)
2. Azər Badamov - 4 ( 0%)
3. Gövhər Baxşəliyeva - 31 ( 1%)
4. Ərəstun Cavadov - 45 ( 1%)
5. Rafael Cəbrayılov - 10 ( 0%)
6. Aslan Cəfərov - 8 ( 0%)
7. Nizami Cəfərov - 33 ( 1%)
8. Əli Əhmədov - 19 ( 1%)
9. Vahid Əhmədov - 1093 ( 33%)
10. Gülər Əhmədova - 659 ( 20%)
11. Valeh Ələsgərov - 8 ( 0%)
12. Adil Əliyev - 1065 ( 32%)
13. Bəxtiyar Əliyev - 6 ( 0%)
14. Cəlal Əliyev - 22 ( 1%)
15. İlham Əliyev - 294 ( 9%)
Cəmi: 3310
Modern.az