Modern.az

BDU-nun kafedra müdiri Heydər Əliyev Fondunun uğur hekayəsini kitaba daxil etdi

BDU-nun kafedra müdiri Heydər Əliyev Fondunun uğur hekayəsini kitaba daxil etdi

6 Noyabr 2018, 12:00

Bakı Dövlət Univertsitetinin “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev  sosial iş ixtisasında təhsil alan tələbələr üçün hazırladığı “Azərbaycanda sosial iş və sosial siyasət” adlı kitaba Heydər Əliyev Fondunun uğur hekayəsini daxil edib.

Modern.az xəbər verir ki, kitabda sosial işin qayğıya ehtiyacı olan insanlara xidmət göstərən bir peşə sahəsi kimi xüsusiyyətlərindən, ölkəmizdə sosial işin institutlaşmasından,  Azərbaycanda filantropiya tarixi, xeyriyyəçilik ənənələrinə geniş yer verilmişdir. “Heydər Əliyev fondu və qlobal sosial iş” adlı bölmədə Fondun ölkə daxilində, eləcə də qlobal müstəvidə filantrop dəyərlərin yayılmasında, həyata keçirdiyi sosio-mühəndis layihələr, Azərbaycanda və dünyada milli mənəvi dəyərlərin, maddi-mədəni abidələrin qorunmasındakı xidmətlərindən bəhs edilib.

Bildiyimiz kimi, Fondun ölkəmizdə, xüsusilə onun hüdudlarından kənarda apardığı sosial iş multikultralizmin, tolerantlığın Azərbaycan modelini təqdim etməklə yanaşı, respublikamızın qlobal sosial işə töhvəsi kimi xüsusi məna kəsb edir, beynəlxalq müstəvidə humanist dəyərlərin deqradasiyası şəraitində, mövcud humanitar fəlakətlər dövründə, dünya evinin ikili standartlar mərəzinə tutulduğu bir məqamda Azərbaycanın dünyaya humanizm, filantrop dəyərlər ixrac edən bir ölkə kimi imicini formalaşdırır. Müəllif  gəlcəyin sosial işçiləri üçün Heydər Əliyev Fondunun uğur hekayəsinin əhəmiyyətini nəzərə alaraq onu oxu materialı kimi tələbələrə tövsiyyə olunan kitaba daxil edib.

Kitabda həmçinin  Azərbaycanın sosial sahədə götürdüyü beynəlxalq öhdəliklər , sosial sferada qəbul olunan qanunlar, hüquqi sənədlər öz əksini tapıb.

Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU