Modern.az

Yeni doğulan uşaqlara verilən müavinətin məbləği artırılsın - Deputat

Yeni doğulan uşaqlara verilən müavinətin məbləği artırılsın - Deputat

Aktual

7 Noyabr 2018, 12:43

Azərbaycanda yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlər artırılmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

 

O qeyd edib ki, birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər.

 

F.Ağamalı, həmçinin Milli Məclisin ezamiyyə xərclərinin az olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?