Modern.az

Azərbaycanda düyü istehsalı azalıb - SƏBƏB

Azərbaycanda düyü istehsalı azalıb - SƏBƏB

7 Noyabr 2018, 21:50

Bu il Azərbaycanda düyü istehsalı az olub. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.

 

Qurum rəsmisi bildirib ki, bu il Astarada əkilən çəltik sahələrini "qara yel" vurub:

 

"Ötən il Astarada 448 min hektar sahədə düyü əkilib. Nəticədə 1802 ton düyü istehsal olunub. Bu il isə 450 min hektar çəltik sahəsi əkilməsinə baxmayaraq, həmin sahədən cəmi 1660 ton düyü istehsal olunub. Bu il məhsuldarlığın az olmasına səbəb havaların quraqlıq keçməsi və çəltik sahələrini "qara yel" vurmasıdır. Ona görə də, bu il ötən ilə nisbətən 200 ton az məhsul əldə edilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal