“Bu gün Azərbaycan mədəniyyət sahəsində çox ağır itki baş verib. Belə ki, Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyib. O bildirib ki, Amaliya Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. “O, çox gözəl, səmimi bir insan idi.
Bu gün saat 1-də sənətçinin cənazəsi Təzəpir məscidinə aparılacaq. Noyabrın 9-u saat 12:00-da isə Akademik Milli Dram Teatrında A. Pənahova ilə vida mərasimi baş tutacaq. Allah rəhmət eləsin!”