Modern.az

Azərbaycanlı xilasedicilər Türkiyədən geri dönüblər

Azərbaycanlı xilasedicilər Türkiyədən geri dönüblər

Təhsil

1 Noyabr 2011, 10:32

Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkədə çalışan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Azərbaycana qayıdıblar.
Nazirliyin rəsmi saytında bildirilir ki, oktyabrın 23-də ilk olaraq Vana yola düşmüş Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 60 cəsəd çıxarılıb, 12 şəxs isə xilas edilib.
Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında FHN-in Kinoloji xidmətinin itləri də iştirak edib.

Xatırladaq ki, ötən ayın 23-də Van vilayətində 7,2 bal gücündəğ zəlzələ baş verib.

Rəsçi məlumata əsasən, zəlzələnin qurbanlarının sayı 601 nəfər təşkil edib, 4 mindən artıq adam isə yaralanıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama