Modern.az

ABŞ-da təyyarə qəzaya uğradı: 4 ölü

ABŞ-da təyyarə qəzaya uğradı: 4 ölü

Dünya

11 Noyabr 2018, 00:17

ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə Ayova ştatında, cümə günü baş verib. Lakin təyyarənin qalıqları bu gün səhər aşkarlanıb.

 

Qəza nəticəsində 4 nəfər həlak olub. Hadisə ilə bağlı təhqiqat aparılır. Qəzanın təfərrüatları barədə məlumat verilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal