ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.
Modern.az xəbər verir ki, Associated Press agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Xilasedicilər ərazidə daha 14 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 9 nəfərin öldüyü bildirilirdi.
“Campfire” adını almış meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
***
ABŞ-ın Kaliforniya ştatının cənubunda meşə yanğınları davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, meşə yanğınları nəticəsində 2 nəfər həlak olub. Bundan əlavə yanğın 150 yaşayış evini məhv edib.
Yanğın nəticəsində insanların ölümü ilə əlaqədar araşdırma başlanılıb.
Qeyd edək ki, Kaliforniya ştatının şimalındada meşə yanğınları davam edir. Yanğın 9 nəfərin ölümünə səbəb olub və 6,7 mindən artıq evi məhv edib.