Modern.az

Qaşıqçının son sözləri: “Boğuluram, çuvalı çıxarın”

Qaşıqçının son sözləri: “Boğuluram, çuvalı çıxarın”

Dünya

11 Noyabr 2018, 21:14

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində olan danışığı yayılıb. Modern.az xəbər verir ki, bu barədə materialı “Əl-Cəzirə” telekanalına Türkiyənin “Daily Sabah” qəzetinin müxbiri Nazif Karaman ötürüb.

 

Yayılan audioyazıdan bəlli olur ki, Qaşıqçı həyatının son dəqiqələrində bu cümləni işlədib: “Boğuluram... Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var”.

 

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib.

 

Onun sözlərinə görə, tezliklə “Daily Sabah” sözügedən audioyazıdan parçaları yayacaq.

 

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13.14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal