Londonda sərnişin avtobusu qəza törədib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, avtobus dayanacağa çırpılıb. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, avtobus sürücüsü hadisə zamanı sərxoş olub.