Modern.az

“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQ

“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQ

12 Noyabr 2018, 10:11

“Nikol Paşinyan özü üçün rahat müxalifət fraksiyası olması üçün bu və ya digər müxalifət partiyasına dəstək vermək istəyirdi”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Respublika Partiyasının Şurasında vitse-sədr postuna seçilən eks-müdafiə naziri Vigen Sarkisyan açıqlama verib.

 

“Parlamentdə bizim 2 ya da 1 müsbət üstünlüyümüz olacaq. Əgər Paşinyanın ağlı olsa, dediyi kimi təmiz Ermənistan yaratmaq istəyirsə, onda Respublika Partiyasına səs verəcək. O, "respublikaçılar"a gələcək parlamentdə disskusiya ortağı kimi baxmalıdır. Əgər o bunu etməsə, onda “cib müxalifəti” ilə üz-üzə gələcək”.

 

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da baş tutacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal