Modern.az

Ədliyyə Nazirliyi Eynulla Fətullayevin təşkilatını qeydiyyata aldı

Ədliyyə Nazirliyi Eynulla Fətullayevin təşkilatını qeydiyyata aldı

1 Noyabr 2011, 14:04

Ədliyyə Nazirliyi “İnsan Haqları Uğrunda” İctimai Birliyi rəsmən qeydə aldı. Bu barədə Modern.az-a açıqlama verən birliyin sədri Eynulla Fətullayev bildirib ki, qurumun qeydə alınması üçün Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunub. Bir neçə aylıq araşdırmadan sonra bu gün nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəsmən qeydə alınması barədə məlumat verilib.

““İnsan Haqları Uğrunda” İctimai Birlik Ədliyyə Nazirliyinin bu xoş niyyətini yüksək qiymətləndirir və insan haqlarının müdafiəsində müvafiq dövlət qurumları ilə konstruktiv əməkdaşlığa ümid edir. Eyni zamanda, təşkilat alternativ preventiv mexanizminin formalaşmasında iştirak edən ictimai qüvvə olaraq həbsxanalarda ciddi monitorinqin həyata keçirilməsi işində Avropa Pentinsiar qaydalarının tətbiqinə cidd-cəhdlə çalışacaq”.

Artıq bu aydan “İnsan Haqları Uğrunda” İctimai Birlik alternativ preventiv mexanizmin çərçivəsində həbsxanalarda, istintaq təcridxanalarında və cəzaçəkmə müəsissələrində monitorinqlərə başlamaq niyyətindədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal