Modern.az

Gürcü prezidentliyə namizəd ölümlə təhdid olunur

Gürcü prezidentliyə namizəd ölümlə təhdid olunur

12 Noyabr 2018, 12:48

Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili özününü və ailəsinin “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri tərəfindən təhdidlərə məruz qaldığını deyib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, 9 noyabrdan 11 noyabr tarixinə qədər ünvanına gələn təhdidlərdən danışıb.

 

“Təhlükə realdır, həmin təhdidləri göndərənlər məlumdur. Onlar “Vahid Milli Hərəkat” partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir”-deyə Zurabişvili “Rustavi 2” telekanalına açıqlamasında deyib.

 

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 2-də baş tutacaq.  

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal