Modern.az

"Azərsu" sabah Bakıda üç rayonun suyunu kəsəcək

"Azərsu" sabah Bakıda üç rayonun suyunu kəsəcək

Təhsil

1 Noyabr 2011, 16:17

Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, Nərimanov və Nəsimi rayonları ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar H.Sarabski, N.Vəzirov, S.Vurğun, M.Əlizadə, R.Muxtarov, Y.Vəzirov küçələrinə içməli suyun verilməsi noyabrın 2-də saat 09:00-dan noyabrın 3-ü saat 09:00-dək dayandırılacaq.

Azərsu” Açıq Səhmdar Cəmiyyəti Xətai rayonunun “Qara Şəhər” ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsinin noyabrın 2-də saat 09:00-dan noyabrın 3-ü saat 09:00-dək dayandırılacağını bəyan edib.

“Müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyirik”-deyə Azərsu” Açıq Səhmdar Cəmiyyəti bildirib.      

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama